“Mühafizəçi Xalq artistindən iki-üç dəfə artıq maaş alır”
    • 11-04-2023, 13:42
    • 307

“Mühafizəçi Xalq artistindən iki-üç dəfə artıq maaş alır”

“Bu gün gömrük idarəsində, “SOCAR”da, dəmiryolu, nəqliyyat və digər yerlərdə qapıda oturan və 8-ci sinfi bitirən mühafizəçi Azərbaycanın Xalq artistindən iki-üç dəfə artıq maaş alır”. 

Bu sözləri teatrşünas, Əməkdar incəsənət xadimi İlham Rəhimli “Azərbaycan teatrı - 150: inkişaf perspektivləri” mövzusunda keçirilən Teatr Forumunda deyib.

O, teatrların kommunal ödənişlərdən azad olunmasını və teatr jurnalının təsis edilməsini xahiş edib: “Əvvəlki vaxtlarda Mədəniyyət Nazirliyinə gedəndə elə bil gömrükdən keçirdik. Nə biz onları tanıyırdıq, nə də onlar bizi. Amma indi vəziyyət dəyişib. Buna görə mədəniyyət nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Adil Kərimliyə təşəkkür edirəm".  /Qafqazinfo/