Gecələr mühafizəçi işləyən aktyor kimdir? – FOTO
    • 11-04-2023, 16:23
    • 286

Gecələr mühafizəçi işləyən aktyor kimdir? – FOTO

“Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Elçin Əfəndi adlı istedadlı aktyor var. Gecələr mühafizəçi işləyir ki, ev kirayəsini verə bilsin”.

News24.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri teatrşünas, Əməkdar incəsənət xadimi İlham Rəhimli “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda keçirilən Teatr Forumunda deyib.

Onun sözlərinə görə, gənc aktyorların 50%-i evsiz-eşiksizdir: “Niyə jurnalistlər üçün ev tikilir, aktyorlar üçün yox?!”