Elon Mask "Twitter"in adını dəyişdirəcək - FOTO
    • 11-04-2023, 14:03
    • 280

Elon Mask "Twitter"in adını dəyişdirəcək - FOTO

Elon Maskın "Twitter" adını dəyişdirəcəyi ilə bağlı yeni iddialar ortaya çıxıb.

News24.az xarici mətbuata istinadən xəbər verir ki, sızdırılan sənədə görə, məşhur sosial media tətbiqinin adı istənilən vaxt dəyişdirilə bilər.

Keçən il "Twitter"i 44 milyard dollara satın alan Elon Mask şirkəti rəsmi olaraq qəbul etdiyi gün ilk tvitində "Quş indi azaddır" yazmışdı.

Qeyd edək ki, aprelin əvvəlində Elon Mask məşhur sosial media saytının loqosunu "Dodgecoin" loqosu ilə əvəz etmişdi.

Maskın bu hərəkətindən sonra sözügedən kriptovalyuta 30 faizdən çox dəyər qazandı.

Aynurə