"Twitter"in bu funksiyası tarixə qovuşur
    • 23-12-2022, 10:14
    • 174

"Twitter"in bu funksiyası tarixə qovuşur

"Twitter"də "bəyənmə" funksiyası ləğv edilə bilər. 

News24.az xəbər verir ki, bu barədə İlon Mask ona ünvanlanan sualı cavablayan zaman bildirib. 

Sosial şəbəkə istifadəçilərindən birinin "Elon Musk, xahiş edirəm, "bəyənmə" funskiyasından qurtula bilərikmi? Bu işarələrdən uzaqlaşmağın vaxtıdır. Mən onları "bəli", "belə" və "yox" şəklində bölərdim" deyə sualına Mask müsbət reaksiya verib. 

Mask "Twitter"in "bəyənmə" funskiyasını reaksiyalarla əvəz edilə biləcəyini bildirib. /TASS/

Teymur Məmmədov