Əhaliyə XƏBƏRDARLIQ: Bu gün gecə saat 23:00-dan...
    • 11-04-2023, 14:29
    • 218

Əhaliyə XƏBƏRDARLIQ: Bu gün gecə saat 23:00-dan...

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) "Formula 1" üzrə Azərbaycan Qran Prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda tikinti-quraşdırma işlərini davam etdirir.

BŞH-dan News24.az-a verilən məlumata görə, bu gün gecə saat 23:00-dan etibarən Səməd Vurğun küçəsinin Neftçilər prospekti kəsişməsindən Zərifə Əliyeva küçəsi kəsişməsinə qədər olan hissə nəqliyyatın hərəkətinə bağlanacaq.

BŞH vətəndaşlara tikinti-quraşdırma işləri zamanı göstərdikləri anlayışa görə öncədən təşəkkür edib. Daha əvvəl Azadlıq prospektinin Neftçilər prospekti ilə kəsişməsi bağlanıb.

Qeyd edək ki, Azərbaycan Qran Prisi 28 - 30 aprelə təsadüf edəcək.