Taksi sürücüləri etiraz etdi: Qiymətlər “qəpik-quruş”dur - VİDEO
    • 11-04-2023, 14:37
    • 353

Taksi sürücüləri etiraz etdi: Qiymətlər “qəpik-quruş”dur - VİDEO

Taksi şirkəti olan bolt sürücüləri etiraz məqsədi ilə kütləvi şəkildə ofisin qarşısına toplanıblar.

News24.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, sürüclərin tələbləri müştəriləri ünvan başına çatdırmaq üçün onlara tətbiq olunan tarifin çox aşağı olmasından ibarətdir.

Sürücülərin sözünə görə, hazırki qiymətlər digər ictimai nəqliyyat növlərinin qiyməti ilə hesablanarsa, taksi xidməti avtobus və metro ilə demək olar ki, eynidir.

Taksi sürücülərinin bu qədər səs-küy salmasına baxmayaraq, bolt taksi xidmətinin rəsmilərindən isə heç kim onların qarşısına çıxmadı.

"Xəzər Xəbər"in çəkiliş qrupu ofisə daxil olub, ancaq Boltun əməkdaşı suallara cavab vermək səlahiyyətinin olmadığını bildirib.

Şirkət rəhbərliyi ilə telefonla əlaqə saxlanılmağa cəhd olunsa da, nəticə əldə olunmayıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: