"WhatsApp" istifadəçilərinin diqqətinə! Artıq heç bir mesaj...
    • 12-04-2023, 09:24
    • 277

"WhatsApp" istifadəçilərinin diqqətinə! Artıq heç bir mesaj...

Dünyada milyardlarla insanın istifadə etdiyi "WhatsApp" yeni funksiyanı işə salmağa hazırlaşır.

News24.az xəbər verir ki, məzmunu itirmək qorxusu yaşayan istifadəçilər mesajların və medianın buludda ehtiyat nüsxəsini çıxara biləcəklər. 

Bu yeni funksiya istifadəçilərə mesajlarını, fotolarını, videolarını, sənədlərini və bütün digər mediaları itirmək riski olmadan ehtiyat nüsxəsini çıxarmağa və saxlamağa imkan verir.

Bu o deməkdir ki, istifadəçilər məlumatlarını təsadüfən silməkdən və ya telefonlarını dəyişdirərkən məznumlarını itirməkdən narahat olmadan bərpa edə biləcəklər. 

"WhatsApp"-ın bulud əsaslı ehtiyat nüsxələmə funksiyası hər bir istifadəçiyə öz "Google Drive" və ya "Apple iCloud" hesabında ehtiyat nüsxəsini çıxarmağa imkan verir. /Haber Global/