Zülfiyyə Xanbabayevanın qızı NASA-nın mükafatını qazandı - FOTOLAR
    • 12-04-2023, 10:33
    • 333

Zülfiyyə Xanbabayevanın qızı NASA-nın mükafatını qazandı - FOTOLAR

Xalq artisti Zülfiyyə Xanbabayeva qızı Dənizlə bağlı paylaşım edib.

News24.az xəbər verir ki, sənətçi övladının Amerikada NASA-nın müsabəsində iştirak etdiyini bildirib:

"Bütün komandanı və onun üzvü olan Dənizimi ürəkdən təbrik edirəm! ABŞ-də NASA-nın "FIRST Robotics Competition” (FRC) müsabiqəsinə bu il ilk dəfə olaraq Azərbaycandan istedadlı gənclər qatılıblar və mükafata layiq görülərək Texas ştatının Hyuston şəhərində keçiriləcək finala vəsiqə qazanıblar. Uşaqlar, yolunuz açıq olsun".