Şəhid Elşad Həsənovla vida mərasimi keçirilir
    • 12-04-2023, 10:42
    • 195

Şəhid Elşad Həsənovla vida mərasimi keçirilir

Ötən gün Laçında şəhid olan hərbçimiz Elşad Həsənovla vida mərasimi keçirilir.

News24.az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, şəhidimiz bu gün doğulduğu Ağstafada dəfn ediləcək.

Qeyd edək ki, düşmən təxribatının qarşısını alarkən şəhid olan E.Həsənov Xətai kəndində doğulub. 1994-cü il təvəllüdlü şəhidimiz müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçu olub. O, bir neçə ay öncə ailə həyatı qurubmuş.