Ağstafada şəhidlə vida mərasimi keçirilir
    • 6-08-2022, 10:23
    • 1 220

Ağstafada şəhidlə vida mərasimi keçirilir

Azərbaycan Ordusunun Laçın rayonunda üzərinə qaya parçası düşməsi nəticəsində şəhid olan hərbi qulluqçusu, 2002-ci il təvəllüdlü Tahir Çingiz oğlu Əliyev ilə vida mərasimi başlayıb.

News24.az xəbər verir ki, mərasim şəhidin Ağstafa rayon Xətai kəndində yaşayan ailəsinin evində keçirilir.

Mərasimdə şəhidin ailə üzvləri ilə yanaşı, dostları, yaxınları, hüquq-mühafizə orqanlarının əməkdaşları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Vida mərasimi başa çatdıqdan sonra şəhidin cənazəsi Yenigün kənd qəbiristanlığında olan Şəhidlər xiyabanında torpağa tapşırılacaq.