Lavrova ABŞ-a getmək üçün viza verilmədi
    • 12-04-2023, 11:46
    • 277

Lavrova ABŞ-a getmək üçün viza verilmədi

BMT Təhlükəsizlik Şurasının apreldə Nyu-Yorkda keçiriləcək iclasında iştirak etmək üçün Rusiyanın xarici işlər naziri Sergey Lavrova və bu ölkənin nümayəndə heyətinə ABŞ-a getmək üçün viza verilməyib.

News24.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov aprelin 12-də jurnalistlərə açıqlamasında bildirib.

“Hələ ki heç birimizə viza verməyiblər”, - deyə o, jurnalistin sualına cavab olaraq qeyd edib.

Bir müddət əvvəl Rusiyanın BMT-dəki nümayəndəsi Vasili Nebenzya bildirmişdi ki, apreldə ölkəsi Təhlükəsizlik Şurasına sədrlik edəcək: “Sergey Lavrov BMT-nin mənzil-qərargahını ziyarət edib, Şuranın aprelin 24-25-də keçiriləcək iclasına qatılacaq”./report/