Tünzalənin qızı bu serialda çəkilir - FOTO
    • 12-04-2023, 11:57
    • 385

Tünzalənin qızı bu serialda çəkilir - FOTO

Mərhum Əməkdar artist Tünzalə Əliyevanın qızı Zəhra seriala çəkilir. 

News24.az xəbər verir ki, o, bir vaxtlar anasının rol aldığı "Qaratikan" serialında rol alacaq. O, bir neçə gün əvvəl çəkiliş meydançasında olub. 

Aktrisa Xuraman Əlizadə Zəhranın fotosunu paylaşaraq "Sabahəli bildi ki, çəkiliş meydançasına bizim Toppuşumuz, Tünzalənin nişanəsi olan Zəhra gəlib, dedi, apar onu görüm. Əlbəttə, apardım. Siz onların görüş anını görəydiniz. Allah bütün balaları saxlasın" sözlərini yazıb. 

Qeyd edək ki, Tünzalə uzun sürən xərçəng xəstəliyindən sonra yanvarda dünyasını dəyişib. Toööuş bacı ləqəbli aktrisa sözügedən ekran işində Qaragilə obrazını canlandırırdı./axsam.az/