Çində H3N8 quş qripindən ilk insan ölümü qeydə alındı
    • 12-04-2023, 13:49
    • 256

Çində H3N8 quş qripindən ilk insan ölümü qeydə alındı

H3N8 quş qripindən dünyada ilk insan ölümü Çində qeydə alınıb.

News24.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. 

Çinin cənub-şərqində yerləşən Quandun əyalətindən olan 56 yaşlı qadın H3N8 virusundan ölüb.

Çinli qadın fevralın 22-də, martın 3-də quş qripinə yoluxub və ağır pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib.  O, martın 16-da həkimlərin səylərinə baxmayaraq vəfat edib. 

Qadının bir neçə xəstəlikləri olduğu bildiirlib.

Qripə yoluxmaya diri quşla təmas səbəb ola bilər. Lakin quş qripinin dəqiq mənbəyi hələ müəyyən edilməyib. /Ren Tv/