Evlərin qiyməti niyə sürətlə bahalaşır? - VİDEO
    • 12-04-2023, 14:21
    • 282

Evlərin qiyməti niyə sürətlə bahalaşır? - VİDEO

İlin əvvəlindən bu günə qədər Bakıda mənzillər 5%-dən çox bahalaşıb.

News24.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bahalaşmanın səbəblərindən biri kimi ipoteka fondunun daha çox vəsait ayırması göstərilir.

Rieltor Qurban Qurbanlı "Xəbər Ertəsi"nə deyir ki, hətta bəzi ərazilərdə qiymət artımı 15  faizə yaxındır.

Onun fikrincə, həyət evləri sənədləşdirilərsə, onları da ipoteka yolu ilə əldə etmək mümkün olacaq. Nəticədə də təklif artacaq, qiymətlərtənzimlənəcək.

Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyir ki, hazırda köhnə binalardakı mənzillərə maraq daha çoxdur.

Ekspert bildirir ki,hazırki dövrdə sahibkarların çoxu bina tikintisinə maraqlı deyillər.

Torpaq qiymətlərində də 20 faizə qədər artım müşahidə edilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: