Məzahir Pənahov bu partiyalarla bağlı tapşırıq verdi
    • 12-04-2023, 17:00
    • 301

Məzahir Pənahov bu partiyalarla bağlı tapşırıq verdi

İndiyə qədər maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim etməyən siyasi partiyalara məlumat verilməlidir ki, hesabatlarını təqdim etsinlər.

News24.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, MSK hər zaman siyasi partiyalara çatışmazlıqlarını aradan qaldırmaq üçün şərait yaradıb.

“Onlar hesabatlarını təqdim etməlidirlər ki, biz də çatışmazlıqların aradan qaldırılması ilə bağlı partiyalara kömək edə bilək”, - deyə o əlavə edib.

Qeyd edək ki, 39 siyasi partiya maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim edib. Partiyalardan 38-i müəyyən olunmuş vaxt məhdudiyyəti çərçivəsində hesabatlarını təqdim edib. 20 siyasi partiya vaxt məhdudiyyətini keçib, ancaq onlar da hesabatlarını təqdim edəcəklərini bildiriblər.

Qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprelin 1-dən gec olmayaraq MSK-ya təqdim etməli idilər.