-
- 8-05-2020, 21:53
- 769
55 partiyadan 40-ı maliyyə hesabatını MSK-ya TƏQDİM ETDİ
Mərkəzi Seçki Komissiyasına (MSK) daha 5 partiya 2019-cu il üzrə maliyyə hesabatı təqdim edib.
News24.az MSK-nın saytına istinadən verdiyi məlumata görə, bunlar Vəhdət Partiyası, Azərbaycan Kəndli Partiyası, Azərbaycan Demokrat Partiyası, Azərbaycan Ümid Partiyası və Vahid Azərbaycan Milli Birlik Partiyasıdır.
Beləliklə, 2019-cu il dekabrın 31-dək dövlət qeydiyyatından keçmiş 55 partiyadan 40-ı maliyyə hesabatını təqdim edib.
Bundan öncə Azərbaycanda dövlət qeydiyyatına alınmış 55 siyasi partiyadan 35-i maliyyə hesabatını MSK-ya təqdim etmişdi.
Qeyd edək ki, qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə aprelin 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidir. Mərkəzi Seçki Komissiyası aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.
Xatırladaq ki, bu il Azad Demokratlar Partiyası və Yeni Zaman Partiyası dövlət qeydiyyatına alınıb və dövlət qeydiyyatına alınan partiyaıarın sayə 57-ə çatıb. Ancaq 2019-cu ildə rəsmi olaraq qeydiyyatda olmadıqları üçün bu iki partiya 2019-cu il üzrə maliyyə hesabatı verməyəcək.