-
- 12-04-2023, 19:24
- 293
Türkiyə Bolqarıstana qaz tədarükünə başlayıb
Türkiyə Bolqarıstanla 13 illik enerji müqaviləsi çərçivəsində bu ölkəyə ilk təbii qaz partiyasını həyata keçirib.
News24.az “Anadolu”ya istinadən xəbər verir ki, Türkiyənin “Marmara Ereğlisi” LNG terminalında Bolqarıstanın energetika naziri Rozen Xristov, BOTAŞ neft-qaz şirkətinin baş direktoru Burhan Özcan və “Bulgargaz” şirkətinin baş direktoru Denitsa Zlatevanın iştirakı ilə tədarükün başlanması münasibətilə mərasim keçirilib.
BOTAŞ-ın baş direktoru Burhan Özcan çıxışında qaz tədarükünün başlanılmasının həm Türkiyə, həm də Bolqarıstan üçün vacibliyini qeyd edib.
“Bolqarıstana ilkin olaraq tədarük olunacaq qazın həcmi təxminən 55 milyon kubmetr olacaq, ümumilikdə isə Türkiyə qonşu ölkəyə ildə təxminən 1,5 milyard kubmetr qaz nəql etməyi planlaşdırır”, - B.Özcan deyib. O, Bolqarıstanda tələbat artdıqca mavi yanacağın tədarük həcmini artırmağın da texniki cəhətdən mümkün olduğunu vurğulayıb.
B.Özcan bu gün Türkiyəyə daxil olan LNG-nin həcminin sutkada 161 milyon kubmetrə çatdığını diqqətə çatdırıb. “Bu, ildə 50 milyard kubmetr qaza bərabərdir. Bununla Bolqarıstan və digər Avropa ölkələrinə istifadə edilə biləcək potensialımızı nümayiş etdiririk”, - BOTAŞ rəhbəri bildirib.
Bolqarıstanın energetika naziri Rozen Xristov isə öz növbəsində ABŞ-ın “Chenier” şirkətinin LNG tankerinin Mərmərə limanında olduğunu bildirib.
“Terminalda BOTAŞ ilə əməkdaşlıq çərçivəsində LNG-nin yenidən qazlaşdırılması, saxlanması və Bolqarıstana çatdırılmasını həyata keçiriləcək. Bu əməkdaşlıq təkcə Bolqarıstanın enerji təhlükəsizliyi üçün deyil, həm də Cənub-Şərqi və Mərkəzi Avropa üçün böyük əhəmiyyət kəsb edir”, - bolqarıstanlı nazir sözlərinə əlavə edib.
Xatırladaq ki, bu il yanvarın 3-də Türkiyə ilə Bolqarıstan arasında saziş imzalanıb və bu sazişə əsasən, Bolqarıstan 13 il ərzində Türkiyədən ildə təxminən 1,5 milyard kubmetr qaz alacaq.