-
- 7-01-2023, 19:55
- 228
İrandan Türkiyəyə qaz ixracı 70 faiz azalıb
Qaz nəqli sistemində baş verən qəzaya görə İranın Türkiyəyə yanacaq tədarükü 70 azalıb.
News24.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Türkiyənin “Botaş” kompaniyası məlumat yayıb.
“İranın qaz nəqli sistemində yaranan nasazlıq səbəbindən 2023-cü il yanvarın 1-dən etibarən Türkiyəyə mavi yanacağın tədarükü 70 faiz azalıb. İran tərəfi bu barədə bizi məlumatlandırıb və qəzanın aradan qaldırılması üçün lazımi addımların atılacağını deyib”, - kompaniyanın məlumatında belə deyilir.
“Botaş” kompaniyası tədarük bərpa olunana qədər ölkənin qaza olan tələbatını yeraltı anbarlar hesabına ödəyəcək.
Türkiyə hər il İrandan 7-11 milyard kubmetr qaz alır ki, bu da ölkənin mavi yanacaq idxalının təxminən 15 faizini təşkil edir.