Makron: Fransa Tayvanda mövcud status-kvonun tərəfdarıdır
    • 12-04-2023, 21:14
    • 298

Makron: Fransa Tayvanda mövcud status-kvonun tərəfdarıdır

Fransa prezidenti Emmanuel Makron Tayvan mövzusunda mübahisəli müsahibəsinin ardınca ABŞ-ın müttəfiqi olmağın "vassal" olmaq anlamına gəlmədiyini söyləyib.

News24.az xəbər verir ki, bu barədə o, Hollandiyaya dövlət səfərinin sonunda Amsterdamda keçirilən mətbuat konfransında deyib.

"Müttəfiq olmaq vassal olmaq demək deyil... bu, bizim özümüz haqqında düşünməl haqqımızın olmadığı anlamına gəlmir", - Makron bildirib.

Makron həmçinin deyib ki, “Fransa Tayvanda mövcud status-kvonun tərəfdarıdır” və “vəziyyətin sülh yolu ilə həllinə” çalışır.