Pentaqonun Ukrayna ilə bağlı gizli sənədlərində Zelenskinin ölümü də var
    • 13-04-2023, 10:00
    • 167

Pentaqonun Ukrayna ilə bağlı gizli sənədlərində Zelenskinin ölümü də var

Amerika hərbi kəşfiyyatı Ukraynadakı münaqişə ilə bağlı bir neçə ssenari variantı hazırlayıb.  

News24.az xəbər verir ki, Amerika sənədləri gözlənilməz halların yaranması ilə bağlı Ukraynada münaqişənin inkişafının dörd ssenarisini təsvir edib.

Sözügedən ssenarilər arasında münaqişə zamanı ölkə prezidenti Vladimir Zelenskinin öləcəyi ilə bağlı variant da var. 

Bu variantlar irimiqyaslı hadisələrin nəticəsini proqnozlaşdırmaq və hərbçilərə, siyasətçilərə kömək etmək üçün nəzərdə tutulub.

Sənəd 24 fevral tarixlidir və özündə xüsusi məxfilik işarəsini ehtiva edir. Yəni ABŞ rəsmilərinin yalnız məhdud dairəsi onun məzmununu açıqlaya bilər. /The New York Times/