ABŞ "Apple" şirkətinə Rusiyadan qızıl almağı qadağan etdi
    • 13-04-2023, 12:19
    • 180

ABŞ "Apple" şirkətinə Rusiyadan qızıl almağı qadağan etdi

“Apple” şirkəti ABŞ hakimiyyətinin tələblərinə görə, öz smartfonlarında Rusiyadan gətirilən bir sıra metallardan istifadədən imtina edib.

News24.az xəbər verir ki, ən böyük mobil telefon istehsalçıları "Apple" və "Samsung"-un hesabat sənədləri araşdırılıb. 

Bildirilib ki, Cənubi Koreya şirkəti Rusiya Federasiyasına öz avadanlıqlarının tədarükünün dayandırılmasına baxmayaraq, birbaşa Rusiya müəssisələrindən tantal, volfram və qızıl almağa davam edir.

"Apple" isə ABŞ hökumətinin tələbi ilə Rusiyadan volfram, tantal və qızıl almaqdan imtina etdiyini bildirib.

Bununla belə, eyni sənədlərdə şirkət nümayəndələri etiraf ediblər ki, onlar hələ də Moskva yaxınlığındakı "Moliren" zavodundan volfram almağa davam edirlər.

Ekspertlər isə “Apple” üçün smartfon hazırlayan zavodların həmin metalları Rusiyadan alan Çin, Hindistan və Qazaxıstandan əldə etdiyini bildiriblər. /Kommersant/