Mingəçevirdə avtomobil tibb bacısını VURDU
    • 13-04-2023, 13:10
    • 247

Mingəçevirdə avtomobil tibb bacısını VURDU

Mingəçevirdə şəhər sakini Yusibov Murad Möhübbət oğlu idarə etdiyi “Mercedes Benz E klass” markalı avtomobillə tibb bacısını vuraraq öldürüb.

News24.az-ın xəbərinə görə, hadisə Mingəçevir şəhəri, Aydın Məmmədov küçəsində baş verib.
 
Nəticədə piyada 1969-cu il təvəllüdlü Əzizova Mətanət Əhməd qızı hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Taleh BAĞIROV