Qəzada yaralanan 13 yaşlı Turan vəfat etdi - FOTO
    • 27-01-2023, 09:52
    • 224

Qəzada yaralanan 13 yaşlı Turan vəfat etdi - FOTO

Mingəçevirdə yol qəzasına düşən 14 yaşlı yeniyetmə ölüb.

News24.az xəbər verir ki, yanvarın 13-də Samux küçəsində Əhmədov Əhməd Heybətqulu oğlunun idarə etdiyi "Qaz 21031" markalı avtomobillə Hətəmov Ülvi Cəmşid oğlunun idarə etdiyi “Mercedes Benz C” markalı avtomobil toqquşub.

Nəticədə "Mercedes Benz C" markalı avtomobildə olan sərnişin 2009-cu il təvəllüdlü Rəsulzadə Turan Vüsal oğlu ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq o, xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.