Bakıda arxa-arxaya gedən daha bir avtomobil qəza törətdi
    • 13-04-2023, 14:27
    • 4 602

Bakıda arxa-arxaya gedən daha bir avtomobil qəza törətdi

Bakıda arxa-arxaya hərəkət edən daha bir avtomobilin görüntüləri yayılıb.

News24.az xəbər verir ki, hadisə Aeroport şosesi kimi tanınan yolda baş verib. Minik avtomobili məlum olmayan səbəblərdən sürətli yolda arxa-arxaya hərəkət etməyə başlayıb.

Bir neçə avtomobil həmin maşınla toqquşaraq qəza törətməkdən yayına bilsə də yolun dördüncü hərəkət zolağında sürətlə hərəkə edən digər maşın ona çırpılıb.

Hadisə anbaan kameraya düşüb.

Həmin görüntüləri təqdim edirik.