Keçmiş nazir Fazil Məmmədovun ölüm xəbəri yayılıb - YENİLƏNİB
    • 9-02-2019, 14:41
    • 2 233

Keçmiş nazir Fazil Məmmədovun ölüm xəbəri yayılıb - YENİLƏNİB

Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədov dünyasını dəyişməsi ilə bağlı xəbər yayılıb. 

News24.az xəbər verir ki, keçmiş nazirin Gəncədəki klinikaların birində qara ciyər serrozundan vəfat etdiyi iddia olunur. Etibarlı mənbədən Fazil Məmmədovun ölüm xəbərinin yalan olduğu bildirilir.  

Qeyd edək ki, Fazil Məmmədov 1964-cü ilin martında Şamaxı rayonunda anadan olub. 1985-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun maliyyə-kredit fakültəsini bitirib. 1987-1989-cu illərdə Gəncədə Sənaye-Tikinti Bankında iqtisadçı, kassa müdiri və Bakı Sənaye-Tikinti Bankının Əməliyyat İdarəsində iqtisadçı vəzifələrində çalışıb. 1989-cu ildən 1993-cü ilə qədər Maliyyə-Kredit Texnikumunda müəllim, kafedra müdiri işləyib.

1993-cü ildə "Ünsal" Kommersiya Bankı İdarə Heyətinin sədri seçilib. 1994-cü ildə Aqrar Sənaye Bankının Şəmkir şöbəsinin müdiri vəzifəsində çalışıb. 1995-1999-cu illərdə Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsi rəisinin müavini və rəisi, həmin sahə üzrə Gömrük Komitəsi sədrinin müavini vəzifəsində çalışıb.

1999-cu il iyun ayının 20-də Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyinin rəisi təyin edilib. 2000-ci il fevral ayının 11-də Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycan Respublikasının vergilər naziri təyin edilib. 2017-ci ildə tutduğu vəzifədən azad edilib.