Fazil Məmmədovun səhhəti pisləşdi - Xəstəxanaya yerləşdirildi
    • 26-06-2019, 11:19
    • 1 113

Fazil Məmmədovun səhhəti pisləşdi - Xəstəxanaya yerləşdirildi

Ötən gün keçmiş Vergilər naziri Fazil Məmmədovun səhhəti pisləşib.

News24.az
Publika.az-a istinadla xəbər verir ki, keçmiş nazir Gəncə Beynəlxalq Xəstəxanasına yerləşdirilib.

Alınan məlumata görə, Fazil Məmmədov hazırda həkim nəzarətindədir. Onun əməliyyat olunma ehtimalı var.
Fazil Məmmədov 2000-ci ildən 17 il bu vəzifədə çalışıb.
Son vaxtlar keçmiş nazirin səhhətində problemlər yaranır. Onun qaraciyarində problemlər var. Həmçinin Fazil Məmmədov qan təzyiqinin yüksəlməsindən də əziyyət çəkir. (Baku.ws)