Bakıda Naxçıvan sakininin meyiti tapıldı
    • 13-04-2023, 18:13
    • 275

Bakıda Naxçıvan sakininin meyiti tapıldı

Bakı şəhər Suraxanı rayonu Əmircan qəsəbəsində meyit tapılıb.

News24.az
xəbər verir ki, hadisə dünən səhər saatlarında baş verib. Küçədə naməlum kişi meyiti tapılıb və məlum olub ki, ölən şəxs Naxçıvan şəhər sakini, 1962-ci il təvəllüdlü Süleyman Hüseynovdur.

Onun xəstəlik səbəbindən ölməsi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Taleh BAĞIROV