Gəncədə 45 yaşlı kişinin meyiti tapıldı
    • 4-03-2023, 11:41
    • 403

Gəncədə 45 yaşlı kişinin meyiti tapıldı

Gəncədə evdən meyit tapılıb.

News24.az xəbər verir ki, hadisə martın 2-də saat 16:00 radələrində baş verib. Şəhər sakini, 1978-ci il təvəllüdlü Elşad Yavər oğlu Əliyevin meyiti yaşadığı evdə tapılıb. Onun üzərində zorakılıq əlaməti aşkar edilməyib.

45 yaşlı şəxsin hansı səbəbdən ölməsi məlum deyil. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

Taleh BAĞIROV