ABŞ Ermənistan şirkətinə sanksiya tətbiq etdi
    • 13-04-2023, 18:48
    • 281

ABŞ Ermənistan şirkətinə sanksiya tətbiq etdi

ABŞ hökuməti on ölkədən 28 hüquqi şəxsə, o cümlədən Ermənistanda qeydiyyatdan keçmiş bir şirkətə ixrac sanksiyası qoyub.

News24.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Ticarət Nazirliyi məlumat yayıb.

Sanksiya tətbiq edilən şirkət İrəvanda faşist Qaregin Njde küçəsində qeydiyyatda olan “Tako” MMC-dir.

Qeyd edək ki, “Tako” MMC və digər 27 şirkət sanksiyalar altında olan Rusiya şirkətlərinə mal tədarükünü davam etdirdiyi üçün sanksiya siyahısına daxil edilib. Ermənistanın “Tako” MMC şirkəti Rusiyanın “Radioavtomatika” şirkətinin tərəfdaşıdır.