Əsirlərə qarşı zorakılıq... - XİN beynəlxalq təşkilatlara çağırış etdi
    • 13-04-2023, 19:10
    • 369

Əsirlərə qarşı zorakılıq... - XİN beynəlxalq təşkilatlara çağırış etdi

Beynəlxalq təşkilatlar Ermənistanın əsirlərə qarşı nümayiş etdirdiyi zorakılığa lazımi qiymət verməlidir.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada qeyd olunub.

Bildirilib ki, Ermənistan tərəfindən əsirlərə qarşı nümayiş etdirilən sözügedən zorakılıq 1949-cu il Cenevrə Konvensiyalarının, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın (CERD), beynəlxalq humanitar və insan haqları hüququndan irəli gələn digər beynəlxalq öhdəliklərin Ermənistan tərəfindən kobud şəkildə pozulmasıdır. Aidiyyəti beynəlxalq təşkilatlar sözügedən zorakılığa, o cümlədən Ermənistan tərəfindən son 30 ildən artıq müddətdə azərbaycanlı hərbi əsirlərə və mülki məhbuslara, itkin düşən 3890 nəfər azərbaycanlıya qarşı zorakılıq faktlarını araşdırmalı və lazımi qiymət verməlidir.