Almaniya Polşanın Ukraynaya “MiQ-29” verməsinə icazə verib
    • 13-04-2023, 20:40
    • 240

Almaniya Polşanın Ukraynaya “MiQ-29” verməsinə icazə verib

Almaniya hökuməti Polşanın keçmiş Almaniya Demokratik Respublikasının (ADR) ehtiyatlarından əldə etdiyi Sovet istehsalı olan qırıcıları Ukraynaya verməsinə icazə verib.

News24.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Der Spiegel” nəşri məlumat yayıb.

Daha əvvəl Polşa hökumətinin Almaniya hökumətindən “MiQ-29” qırıcılarının Ukraynaya ötürülməsinə razılıq verilməsini rəsmi şəkildə xahiş etdiyi məlum olmuşdu.