88 nəfər COVID-19-a yoluxub, 3 nəfər vəfat edib
    • 13-04-2023, 22:25
    • 362

88 nəfər COVID-19-a yoluxub, 3 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 88 yeni yoluxma faktı qeydə alınıb, 76 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan News24.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 830 619 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 819 927 nəfər müalicə olunaraq sağalıb, 10 202 nəfər vəfat edib, aktiv xəstə sayı 490 nəfərdir.

Ölkədə son sutka ərzində 1 298, hazırkı dövrədək isə 7 573 test aparılıb.