Bakıda Pakistan vətəndaşlarını oğurlayan şəxslər tutuldu - YENİLƏNİB
    • 17-04-2023, 10:12
    • 156

Bakıda Pakistan vətəndaşlarını oğurlayan şəxslər tutuldu - YENİLƏNİB

Pakistan vətəndaşlarını oğurlayaraq pul tələb edən şəxslər tutulub.

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, əməli törətməkdə şübhəli şəxslər saxlanılaraq istintaqa cəlb olunub.

Hazırda zəruri istintaq hərəkətləri aparılır.

***

09:16

Bakıda Pakistan vətəndaşları oğurlanıb.

News24.az  xəbər verir ki, Pakistan İslam Respublikasının vətəndaşları 2003-cü il təvəllüdlü Khushnam Ali və 1985-ci il təvəllüdlü Shahzad Alı Binəqədi RPİ-nin 5-ci PB-nə ərizə ilə müraciət edərək bildiriblər ki, Azərbaycana turist qismində gəldikləri zaman həmyerliləri Pakistan İslam Respublikasının vətəndaşları 1996-cı il təvəllüdlü Mukhtar Mohsin, 1988-ci il təvəllüdlü Abbas Muhammad və 1996-cı il təvəllüdlü Muzammil Muhammad onları “H.Əliyev adına Beynəlxalq Hava Limanı”nda qarşılayıb, onları taksi fəaliyyəti göstərmək adı ilə Binəqədi rayonu, Azadlıq prospekti ev 192/30, mənzil 20 ünvanında yerləşən, 1992-ci il təvəllüdlü Ağazadə Ayxan Məzahir oğluna məxsus mənzilə gətirərək əl-qollarını kəndirlə bağlayıb döyüblər. O cümlədən kəsici alətlə hədə-qorxu gələrək üzərlərində olan 1500 ABŞ dollarını və 400 Avro pulunu ələ keçiriblər.

Bundan başqa azad edilmələri müqabilində onlardan əlavə olaraq 20 min ABŞ dollar pulun verilməsini hədə-qorxu ilə tələb ediblər.
Faktla bağlı 1-ci Binəqədi RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.5, 182.2.1 və 182.2.3-cü maddələri ilə cinayət işi başlanıb.