-
- 17-04-2023, 10:57
- 231
İranda etirazlar yenidən güclənir
Tehranda universitet tələbələri məcburi hicaba və tələbələrin kütləvi zəhərlənməsinə etiraz ediblər.
News24.az xarici KİV-ə istinadla xəbər verir ki, müxtəlif vilayətlərdə aksiyalar keçirən tələbələr etiraz şüarları səsləndiriblər.
Qeyd edək ki, kütləvi nümayişlərin başa çatmasına baxmayaraq, İranın bir çox yerlərində qadınlar ictimai yerlərdə, küçələrdə başlarını örtməyərək etirazını bildirməyə davam edir.
Xatırladaq ki, İranda etirazlar ötən ilin sentyabrında 22 yaşlı Məhsa Əminin ölümündən sonra başlayıb. Ölkədə minlərlə insan Əminin ölümünə etiraz etdiyinə və məcburi geyim tərzinə qarşı çıxdığına görə saxlanılıb.
Qumral Əliyeva