İranın keçmiş prezidentinin qızı həbs edildi -FOTO
    • 10-01-2023, 10:58
    • 222

İranın keçmiş prezidentinin qızı həbs edildi -FOTO

İranda davam edən etiraz aksiyalarında iştirak edən keçmiş prezident Əli Əkbər Haşimi Rəfsəncaninin qızı Faizə Haşimiyə 5 il həbs cəzası verilib.

News24.az xəbər verir ki, bu barədə Haşiminin vəkili məlumat verib. O bildirib ki, Faizə Haşimi rejim əleyhinə təbliğat aparmaq və ictimai sabitliyi pozmaqda ittiham edilir. Vəkil Faize Haşimiyə qarşı açılan başqa iddiaların da olduğunu bildirib.

Qeyd edək ki, Faizə Haşimi sentyabrın 27-də paytaxt Tehranda Məhsa Əminin ölümündən sonra başlayan etirazlar zamanı “nümayişçiləri təhrik” ittihamı ilə saxlanılıb.

Xatırladaq ki, Rəfsəncani 2017-ci il yanvarın 8-də 82 yaşında ürək xəstəliyindən vəfat edib.

Qumral Əliyeva