Hindistanda 13 nəfər istidən öldü
    • 17-04-2023, 11:06
    • 142

Hindistanda 13 nəfər istidən öldü

Hindistanın Maharaştra ştatının Navi Mumbay şəhərində açıq havada keçirilən mərasimdə iştirak edən onlarla insan susuzluqdan və istidən huşunu itirib.

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, mərasimdə iştirak edən 13 nəfər isə istidən ölüb. 

Qeyd edək ki, həyatını itirən mərasim iştirakçılarının ailələrinə dövlət tərəfindən maddi dəstək veriləcək.

Qumral Əliyeva