-
- 23-07-2018, 17:24
- 994
Zəif nəticə göstərən müəllimlər ödənişli hazırlığa cəlb olunacaqmı? - RƏSMİ CAVAB
Təhsil Nazirliyi müəllimlərin işə qəbulu imtahanlarında zəif nəticə göstərən namizədlərin, eləcə də müsahibə mərhələsi üçün əlavə ödənişli hazırlığa cəlb olunması ilə bağlı məlumatlara münasibət bildirib.
Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov ayrı-ayrı sosial şəbəkə istifadəçilərinin müəllimlərin işə qəbulu imtahanlarında zəif nəticə göstərmiş namizədlərin, eləcə də müsahibə mərhələsi üçün əlavə ödənişli hazırlığa cəlb olunması ilə bağlı məlumatların heç bir əsasının olmadığı deyib.
Onun sözlərinə görə, hazırda dövlət sifarişi əsasında regionlarda 8 fənnin (Azərbaycan dili, riyaziyyat, tarix, coğrafiya, fizika, kimya, biologiya, informatika) məzmunu üzrə 120 akademik saatlıq ixtisasartırma təlimlərinə start verilib: "Təlimlər dekabr ayınadək davam edəcək.
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TIPII) bu prosesin monitorinqini və yekun qiymətləndirməsini təşkil edən qurum kimi fəaliyyət göstərir".
C.Valehov TİPİİ-də ödənişli əsaslarla təqdim edilən proqramların bu işə heç bir aidiyyətinin olmadığını da əlavə edib: "Ödənişli təlimlərə müəllimlər könüllü qoşulurlar. Məsələn, "Həyat bilgisinin tədrisi metodikası" proqramı müəllimlərin çoxsaylı müraciətlərinə əsasən hazırlanıb və uğurla həyata keçirilir".