-
- 17-04-2023, 17:43
- 386
İsrail XİN rəhbəri sabah Azərbaycana səfər edəcək
İsrailin xarici işlər naziri Eli Kohen aprelin 18-də Azərbaycana səfər edəcək.
News24.az xəbər verir ki, bu barədə “Report”a “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti Lev Spivak deyib.
Səfər çərçivəsində İsrail XİN başçısının aprelin 19-da Bakıda keçiriləcək Azərbaycan-İsrail Hökumətlərarası Birgə Komisiyasının növbəti iclasında iştirak edəcəyi, həmçinin ölkə rəsmiləri ilə bir sıra görüşlər keçirəcəyi gözlənilir.
Daha sonra E.Kohen aprelin 20-də İsrail səfirliyinin açılış mərasiminin keçiriləcəyi Türkmənistana səfər edəcək.