Ceyhun Bayramov: "Azərbaycan sülh gündəliyinin irəli aparılmasında qərarlıdır"
    • 17-04-2023, 20:15
    • 400

Ceyhun Bayramov: "Azərbaycan sülh gündəliyinin irəli aparılmasında qərarlıdır"

Azərbaycan sülh gündəliyinin irəli aparılması istiqamətində səylərin davam etdirilməsində qərarlıdır.

News24.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Derek Hoqan ilə telefon danışığı zamanı bildirib.

Söhbət əsnasında post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, Ermənistan tərəfindən törədilən davamlı hərbi-siyasi təxribatların Azərbaycanın sülh və quruculuq səylərinə xələl gətirdiyini diqqətə çatdırıb. Bu xüsusda, Ermənistanın hələ də silahlı qüvvələrini Azərbaycan ərazisindən hələ də çıxarmadığını, Azərbaycanın erməni sakinlərinin reinteqrasiya səylərinə maneçilik törətdiyi, Laçın yolundan sui-istifadənin qarşısını almaq məqsədilə sərhəd-keçid məntəqəsi yaradılması təklifinə qarşı çıxdığı barədə məlumat verilib. Ermənistan tərəfindən atılan qeyri-konstruktiv addımlara baxmayaraq, Azərbaycanın sülh gündəliyinin irəli aparılması istiqamətində səylərin davam etdirilməsində qərarlı olduğu bildirilib.