Sudanda təyyarə qəzaya uğradı - Çox sayda ölən var
    • 22-08-2020, 15:52
    • 709

Sudanda təyyarə qəzaya uğradı - Çox sayda ölən var

Cənubi Sudanda yük təyyarəsinin qəzaya uğraması nəticəsində azı 17 nəfər ölüb. 

News24.az "Sinhua" agentliyinə istinadən xəbər verir ki, bu barədə hadisənin şahidlərindən biri açıqlamasında deyib. 

Hadisə şahidi qeyd edib ki, qəza yerində 2 ekipaj üzvü də daxil olmaqla ümumilikdə 17 meyit olub. 

O həmçinin bildirib ki, qəza zamanı 1 nəfər sağ qalıb. 

Qeyd edək ki, qəza təyyarə havaya qalxdıqdan bir qədər sonra, paytaxt Cubada yaşayış məskənin yaxınlığında qəzaya uğrayıb.