Türkiyədə mikroavtobus qəzaya uğrayıb, xəsarət alanlar var
    • 17-04-2023, 23:45
    • 248

Türkiyədə mikroavtobus qəzaya uğrayıb, xəsarət alanlar var

Türkiyənin Şırnak vilayətinin Uludərə rayonunda sərnişin mikroavtobusu yoldan çıxaraq aşıb.

News24.az xəbər verir ki, hadisə zamanı aralarında uşaqlar da olmaqla 8 nəfər xəsarət alıb.

Məlumata görə, qəzaya sürücünün idarəetməni itirməsi səbəb olub. Hadisə yerinə təcili yardım maşını və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Yaralılar xəstəxanaya çatdırılıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.