Türkiyədə Azərbaycana məxsus yük maşını aşdı
    • 7-10-2019, 21:55
    • 717

Türkiyədə Azərbaycana məxsus yük maşını aşdı

Türkiyənin Kastamonu şəhərində Azərbaycan dövlət nömrə nişanlı yük maşını qəzaya düşüb.
News24.az  Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbuldan Samsun istiqamətində hərəkət edən TIR sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşıb. Qəzada yaralanan azərbaycanlı sürücü təcili yardımla Tosya Dövlət Xəstəxanasına aparılıb.
Polis araşdırmalara başlayıb.