ABŞ-ın Sudandakı səfirliyinin avtomobili atəşə tutulub
    • 18-04-2023, 00:52
    • 207

ABŞ-ın Sudandakı səfirliyinin avtomobili atəşə tutulub

ABŞ-ın Sudandakı səfirliyinin zirehli maşını Sudanda atəşə tutulub.

News24.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

"Səfirliyin zirehli maşını xüsusi təyinatlılar tərəfindən qəsdən atəşə tutulub", - ABŞ səfirliyindəki mənbələr telekanala bildiriblər.

Eyni zamanda, diplomatik missiyanın əməkdaşlarından heç birinin xəsarət almadığı qeyd edilir.

Sudanda toqquşmalar başlayandan indiyədək 180-dən çox insan həlak olub, 1800-dən çox insan yaralanıb. Aprelin 15-də ordu bölmələri ilə çevik reaksiya qüvvələrinin (xüsusi təyinatlıların) bölmələri arasında başlayan silahlı toqquşmalar davam edir. BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) üç əməkdaşı Sudanda xüsusi təyinatlı qüvvələrlə ordu birləşmələri arasında toqquşmalar zamanı həlak olub. Bunun ardınca Ümumdünya Ərzaq Proqramı xüsusi təyinatlı qüvvələrlə ordu birləşmələri arasında toqquşmaların davam etdiyi Sudanda fəaliyyətini dayandırıb.