Mask “ChatGPT”-ə rəqib hazırlayıb: - “TruthGPT”

Mask “ChatGPT”-ə rəqib hazırlayıb: - “TruthGPT” Dünya
Milyarder İlon Mask “Microsoft” və “Google”un süni intellekt təşəbbüslərinə meydan oxumaq üçün “TruthGPT” adlandırdığı süni intellekt platformasını işə salacağını açıqlayıb.

News24.az xəbər verir ki, o, bu barədə “Fox News”-a açıqlamasında deyib.

“Mən TruthGPT adlandırdığım, kainatın mahiyyətini anlamağa çalışan, həqiqəti axtaran süni intellektə start verəcəm”, - deyə o bildirib.