-
- 18-04-2023, 10:50
- 218
Yanlış evin qapı zəngini basdı, güllələndi: dəhşətli hadisə
ABŞ-də 16 yaşlı Ralf Yarl aprelin 13-də ailəsi tərəfindən qardaşlarını dostunun evindən götürməyə göndərilib, lakin yeniyetmə səhv ünvana gedib. Qaradərili yeniyetmə yanlış qapının zəngini basdığı üçün ev sahibi tərəfindən iki dəfə güllələnib.
News24.az xəbər verir ki, hadisədən sonra gənc dərhal xəstəxanaya aparılıb.
Hücumdan sonra həftə sonu Missuri ştatının Kanzas-Siti şəhərində etirazlar başlayıb.
Polis ev sahibini həbs etdikdən sonra sərbəst buraxıb. Lakin etirazlardan sonra 84 yaşlı Endryu Lester birinci dərəcəli hücum və silahla cinayət törətməkdə ittiham edilib.