Ayı yemək istəmək üçün qapının zəngini basdı - VİDEO
    • 29-07-2022, 14:42
    • 864

Ayı yemək istəmək üçün qapının zəngini basdı - VİDEO

ABŞ-ın Qrinvil şəhərində ayı səhər tezdən arxa ayaqları üstə qalxaraq yemək istəmək üçün qapının zəngini basıb.

News24.az "Oxu.az"-a istinadən bildirir ki, heyvan eyvanda bir az gözləyib. Qapının açılmayacağından əmin olduqdan sonra eyvandakı quşların yemini yeyib.

Cənubi Karolina Təbii Sərvətlər Departamentindən videodakı heyvanın iki və ya dörd yaş arasında olduğunu bildirib.