Daha 2 böyük media qurumu "Twitter"i tərk etdi
    • 18-04-2023, 12:15
    • 138

Daha 2 böyük media qurumu "Twitter"i tərk etdi

"Twitter"-də bəzi hesablarda “Hökumət tərəfindən maliyyələşdirilən” etiketi peyda olduqdan sonra media şirkətləri bir-birinin ardınca sosial şəbəkədən imtina edirlər.

News24.az xəbər verir ki, Kanadanın ictimai yayımçısı CBC və onun fransız versiyası olan Radio-Canada, redaksiya müstəqilliyinin şübhə altına alındığını əsas gətirərək "Twitter"-i tərk etdiklərini açıqlayıblar. 

"Radio Canada" və CBC "Twitter"-in onları Rusiya və Çin kimi ölkələrin əsas media orqanları ilə bərabər tutduğunu vurğulayıb. 

Digər tərəfdən, İlon Maskın CBC-yə cavabı gecikməyib. Mask, "CBC özünün 70 faizdən az hökumət tərəfindən maliyyələşdirildiyini deyir. Etiketi düzəltdik. 69 faiz hökumət tərəfindən maliyyələşdirilən olaraq qeyd etdik" deyib. /Haber Global/