"Bu işi icra edəcək "axmaq" tapan kimi  vəzifəmi tərk edəcəm"
    • 21-12-2022, 12:34
    • 157

"Bu işi icra edəcək "axmaq" tapan kimi vəzifəmi tərk edəcəm"

"Twitter"i 44 milyard dollara alan İlon Mask hələ də gündəmdədir.

News24.az xəbər verir ki, Mask "Twitter"də "CEO olaraq işimi tərk etməliyəmmi"  sorğu keçirdi.  

17 milyondan çox Twitter istifadəçisinin səs verdiyi sorğuda respondentlərin 57,5 faizi Maskın istefa verməli olduğunu bildirib. Bu nəticələrdən sonra bir müddət səssiz qalan Mask bu gün açıqlama verib. Milyarder iş adamı yeni əvəzləyici tapana qədər bu işini davam etdirəcəyini bildirib: “Bu işi götürəcək qədər axmaq birini tapan kimi CEO vəzifəmi tərk edəcəm".

Qumral Əliyeva