-
- 18-04-2023, 15:08
- 336
Son 4 ildə xəstəxanalarda 6,5 mindən çox zorlama hadisəsi baş verib
İngiltərə və Uelsdəki xəstəxanalarda son dörd il ərzində 6500-dən çox təcavüz və cinsi qısnama hadisəsi qeydə alınıb.
News24.az xəbər verir ki, bu barədə Britaniyanın "Qadın Hüquqları Şəbəkəsi" qeyri-hökumət təşkilatının 35 polis bölməsindən topladığı məlumatlar əsasında hazırladığı hesabatda qeyd edilib.
Statistikaya əsasən, 2019-cu ildən bəri İngiltərə və Uelsdəki xəstəxanalarda 2088 zorlama və 4451 cinsi qısnama hadisəsi qeydə alınıb. Hər yeddi hadisədən biri xəstəxana palatalarında baş verib.
Bəzi hallarda yaşı 13-dən az olan yeniyetmə qızlar cinsi zorakılığa məruz qalıblar.
Ümumiyyətlə, əksər hallarda belə cinayətlərin qurbanı olan qadınlar olub. Məlumata görə, zorlama qurbanlarının yalnız 5 faizi kişilərdir. /TASS/