-
- 11-02-2019, 16:50
- 1 147
Mehriban Əliyeva Bakıdakı Uşaq Psixonevroloji Mərkəzində olub
Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakının Nərimanov rayonundakı Uşaq Psixonevroloji Mərkəzində olub.
News24.az xəbər verir ki, dəfələrlə bu müəssisəyə gələn Mehriban Əliyeva tibbi bərpa və təlim-tərbiyə prosesləri ilə yaxından maraqlanıb, mövcud problemlərin həllinə dair tapşırıqlar verib. Bu gün də Mehriban Əliyeva burada yaşayan və müalicə olunan, xüsusi təhsilə yiyələnən uşaqlar üçün yaradılan şəraitlə maraqlanıb.
Məlumat verilib ki, hazırda müəssisədə körpəlikdən yetkinlik yaşına qədər 103 uşağa tibbi xidmət göstərilir. Burada uşaqların yaşayışı, müalicəsi, xüsusi təhsilə yiyələnmələri üçün hər cür şərait yaradılıb. Heydər Əliyev Fondunun dəstəyi ilə 2009-cu ildə inşa edilən bu tibb ocağında psixoloq, aromaterapiya, okulist, psixonevroloq, nevropatoloq, loqoped, pediatr, lor, ultrasəs müayinəsi, fizioterapiya otaqları fəaliyyət göstərir. Mərkəzdə autizm, uşaq serebral iflici və formaları, əqli gerilik və ləngimələr, onun təzahürlərindən əziyyət çəkən uşaqlar müalicə olunurlar. Onların müalicəsi isə kompleks şəklində, yəni həkim və pedaqoji müalicə daxil olmaqla aparılır. Mərkəzdə bu sahədə dünyada tətbiq olunan müasir proqramlardan istifadə edilir. Burada ən müasir tibb və diaqnostik cihazlardan, reabilitasiya avadanlığından istifadə olunaraq, sağlamlıq imkanları məhdud uşaqlara ən yüksək səviyyədə tibbi və bərpa xidməti göstərilir. Bunun üçün mərkəzdə hər cür şərait yaradılıb. Uşaqların müalicəsi, təlim-tərbiyəsi ilə peşəkar tibbi, pedaqoji və texniki heyət məşğul olur.
Mehriban Əliyeva uşaqlarla söhbət edib.
Doqquz yaşlı Ömərlə birgə rəsm çəkən Mehriban Əliyeva onun bacarıqlı olduğunu deyib. Uşaqların müalicəsi üçün tətbiq edilən prosedurları izləyib, müalicə zamanı istifadə olunan üsullarla maraqlanıb. Mehriban Əliyeva xüsusi qayğıya ehtiyacı olan 6 yaşlı Nasimin də istək və arzularını dinləyib, oyun vasitəsilə onun suallarını cavablandırıb. Tibb müəssisəsinin digər balaca pasiyenti Abdullanın müalicəsi isə filtrasiya olunan musiqinin xüsusi qulaqcıqlarla dinlənilməsinə əsasən beyinə impulsların ötürülməsi ilə aparılır.
Müalicənin bu üsulu ilə maraqlanan Mehriban Əliyevaya məlumat verilib ki, cari ildən həmin müalicədə tətbiq edilən yeniliklərdən biri də Azərbaycan klassik musiqisinin filtrasiya olunaraq istifadə edilməsidir.
Xüsusi qayğıya ehtiyacı olan balacalar Mehriban Əliyeva ilə söhbət edərək, bacarıqlarını nümayiş etdiriblər.
Uşaqlar sevimli oyunlarından, oxuduqları mahnılardan danışıblar.
Mehriban Əliyevaya müəssisənin həyətində inşa edilən akt zalı haqqında da məlumat verilib.
Mərkəzdə müalicə və təhsil alan uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.
Mehriban Əliyeva tibb ocağının fəaliyyətinə uğurlar arzulayıb.